“Azərenerji” bu şəhərlərdə bəzi yerlərdə elektrik enerjisinin məhdudiyyətlərlə verildiyini təsdiqlədi
SOCAR-a məxsus Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində “Azərenerji” ASC-nin Bakı və Sumqayıt şəhərlərindəki elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılıb. Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin verdiyi məlumata görə isə, bununla əlaqədar olaraq Şirkətin şəbəkəsində də qismən məhduduyyətlər tətbiq edilib və elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaranıb.
Caspian Barrel bildirir ki, təbii qazla 300 meqavat gücə malik Səngəçal modul elektrik stansiyası (paytaxtı elektrik enerjisi ilə təmin edir), 400 meqavatlıq Simal (Şüvəlan) buxar-istilik elektrik stansiyası və 525 meqavatlıq Sumqayıt istilik elektrik stansiyası fəaliyyət göstərir. Bunlar ancaq təbii qazla fəaliyyət göstərə bilirlər və mazut rejiminə keçid yoxdur. Ona görə də təbii qazın olmaması və ya normadan az verilməsi elektrik enerjisinin hasilatına təsirsiz ötüçməyə bilməz.