logo

10 ay ərzində Azərbaycan qaz ixracını 3% azaldıb

Views: 75

gas_Azərbaycan 2016-cı ilin yanvar-oktyabr aylarında 6 mlrd. 362,3 mln. kubmetr təbii qaz ixrac edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 3,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.

“Hesabat dövründə Azərbaycandan ixrac olunan qazın ümumi dəyəri $1 mlrd. 51 mln. 45,4 min (azalma 26,5%) təşkil edib”, – deyə məlumatda qeyd edilir.

Hesabat dövründə sadələşdirilmiş gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş $744 mln. 532,8 min dəyərində 4 mlrd. 983,8 mln. kubmetr qaz ixrac edilib.

Ötən il 8 mlrd. 405 mln. 244,65 min kubmetr qaz ixrac olunub.

Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qaz Rusiya, İran və Gürcüstana, eləcə də “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart