logo

Yanvar-sentyabr aylarında AÇG blokundan neft hasilatı 102 quyudan həyata keçirilib

Views: 94

2016-cı ilin yanvar-sentyabr aylarında “Azəri-Çıraq-Günəşli” blokundan neft hasilatı 102 istismar quyusundan həyata keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ – “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə operator) mətbuat xidmətindən məlumat verilib.

azeri_4irag_gunewli_s-1«Hesabat dövründə müqavilə blokunda 13 neft hasilat quyusu, 4 suvurma quyusu və 1 qaz-injektor quyusu qazılıb. Sentyabr ayının sonunda AÇG-də ümumilikdə 102 neft hasilat quyusu və 45 su-injektor quyusu istismarda olub. Hasilat quyularından 5-i BP-nin bütün dünya üzrə ən məhsuldar quyularının onluğuna daxildir», – deyə məlumatda bildirilir.

AÇG blokunun işlənməyə başladığı dövrdən indiyədək 3 mlrd. bareldən çox neft hasil edilib.

Xəbər verildiyi kimi, cari ilin yanvar-sentyabr aylarında ABƏŞ “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından 24 mln. ton neft hasil edib.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.

Layihənin iştirakçıları BP (Böyük Britaniya – 35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8%), Hindistanın “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “Itochu Oil” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin TPAO (6,75%) şirkətlərdir.

“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci ilin fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart