Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 16 milyard 744,5 milyon kubmetr təbii qaz nəql olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, hesabat dövründə qaz nəqlinin 34,5 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri) vasitəsilə həyata keçirilib və bu kəmərlə 5 milyard 780 milyon kubmetr qaz ötürülüb.