logo

Yanvar-oktyabr aylarında SOCAR Ceyhan terminalından neft nəqlini 4% azaldıb

Views: 78

Логотип SOCAR близ грузинского города Гори. 3 мая 2016 года. SOCAR Turkiye Enerji, которая является дочерней структурой Госнефтекомпании Азербайджана, намерена в 2020 году осуществить первичное размещение акций (IPO), сказал журналистам в среду глава SOCAR Turkiye Enerji Заур Гахраманов. REUTERS/David Mdzinarishvili

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2016-cı ilin yanvar-oktyabr aylarında Ceyhan terminalından 13 mln. 992,213 min ton Azərbaycan nefti nəql edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Xəbər verildiyi kimi, 2015-ci ilin yanvar-oktyabr aylarında şirkət Ceyhan terminalından 14 mln. 549,129 min ton Azərbaycan nefti yola salıb. Beləliklə, 2016-cı ilin müvafiq dövründə neft nəqlinin həcmi 3,8% azalıb.

Cari ilin yanvar-oktyabr aylarında nəql edilən neftin bütün həcmi Azərbaycanın mənfəət neftinin payına düşür. Bu neftin satışından əldə edilən gəlir ARDNF-ə daxil olur.

Oktyabr ayında SOCAR Ceyhan terminalından 1 mln. 669,743 min ton neft yola salıb.

2015-ci ildə bu terminaldan yola salınmış neftin həcmi 17 mln. 931,458 min ton təşkil edib.

BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.

Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); “Chevron” (8,9%); “Statoil” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ConocoPhillips” (2,5%); INPEX (2,5%); “Total” (5%) və ONGC (2,36%) şirkətləridir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart