İran

Xəzərdə İran neft şirkətinə məxsus helikopter qəzaya uğrayıb

“Əmir Kəbir” neft platformasından xəstə gətirən helikopter dənizə düşdü.

helicopterXəzər dənizində İrana məxsus vertolyotun qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.

Bu barədə noyabrın 27-də İranın IRINN dövlət televiziyası Behşehr valisi Seyid Xalid Səccadiyə istinadən   məlumat yayıb.

Onun sözlərinə görə, İran Milli Neft Şirkətinə (NİCO) məxsus “təcili tibbi yardım” helikopteri “Əmir Kəbir” neft platformasından xəstə gətirərkən dənizə düşüb. Vertolyotda olan 5 nəfərin hamısı həyatını itirib. Hazırda qəzanın səbəbləri araşdırılır.

Report