logo

SOCAR yanvar-oktyabr aylarında Supsa limanından neft ixracını 11% azaldıb

Views: 35

SOCAR dSOCAR yanvar-oktyabr aylarında Supsa limanından neft ixracını 11% azaldıb

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2016-cı ilin yanvar-oktyabr aylarında Supsa limanından Bakı-Supsa neft kəməri ilə nəql edilmiş 2 mln. 121,271 min ton Azərbaycan nefti ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.

2015-ci ilin yanvar-oktyabr aylarında SOCAR Supsa limanından 2 mln. 372,131 min ton neft ixrac edib. Beləliklə, cari ilin müvafiq dövründə Supsa limanından ixracın həcmi 10,6% azalıb.

2016-cı ilin oktyabr ayında şirkət Supsa limanından 267,643 min ton neft yola salıb.

Ötən il SOCAR bu limandan 2 mln. 794,905 min ton neft ixrac edib.

Bakı-Supsa neft kəməri 1999-cu il aprelin 17-də istismara verilib. Kəmərin uzunluğu 837 km, diametri 530 mm-dir. Ötürmə qabiliyyəti ildə 7,5 mln. ton neft olan boru kəməri “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi haqqında müqavilə çərçivəsində inşa edilib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart