logo

SOCAR yanvar-oktyabr aylarında Novorossiysk limanından neft nəqlini 11% azaldıb

Views: 85

socar-azSOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) 2016-cı ilin yanvar-oktyabr aylarında Novorossiysk limanından Bakı-Novorossiysk neft kəməri ilə ixrac edilmiş 978,24 min ton neft yola salıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.

2015-ci ilin yanvar-oktyabr aylarında SOCAR Novorossiysk limanından 1 mln. 100,446 min ton neft yola salıb. Beləliklə, cari ilin yanvar-oktyabr aylarında şirkətin limandan yola saldığı neftin həcmi 11,1% azalıb.

Bununla yanaşı, 2016-cı ilin oktyabr ayında SOCAR Novorossiysk limanından 80,192 min ton neft yola salıb.

Şirkətin məlumatına görə, oktyabrda dünya bazarında Brent markalı neftin bir bareli 49,67 ABŞ dollara, Urals markalı neftin bir bareli 48,74 ABŞ dollara, BTC FOB Ceyhan markalı neftin bir bareli 51,35 ABŞ dollara satılıb.

2015-ci ildə SOCAR Novorossiysk limanından 1 mln. 270,108 min ton neft yola salıb.

Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart