SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2016-cı ilin yanvar-oktyabr aylarında 6 mln. 317,1 min ton neft hasil edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 8,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Cari ilin oktyabr ayında SOCAR 641,3 min ton neft hasil edib.
2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft hasilatının ümumi həcmi 34 mln. 721 min ton (azalma 0,7%), oktyabr isə 3 mln. 416,6 min ton təşkil edib.
2015-ci ildə SOCAR tərəfindən 8 mln. 160,5 min ton neft hasil olunub, Azərbaycan üzrə hasilat 41 mln. 689 min ton təşkil edib.
Azərbaycan hökuməti 2016-cı ildə neft hasilatını 40 mln. 744,9 min ton həcmində proqnozlaşdırır.