Noyabrın 10-da Tbilisidə “GeorgianTimes” media holdinqi və “GORBİ” ictimai rəy və marketinq şirkəti 17-ci biznes reytinq mükafatlarının təqdim olunması mərasimini keçirmişdir.
Caspian Barrel SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, ən yaxşı şirkətlərin və iş adamlarının seçilməsində müstəqil ekspertlər, müəssisə rəhbərləri, iqtisadi mövzuda işləyən jurnalistlər, konsaltinq şirkətləri, qeyri-hökumət təşkilatları, fondlar, sosial tədqiqat xidmətləri iştirak etmişlər.
“SOCAR Georgia Petroleum” şirkəti “Gürcüstanın dövlət büdcəsinə ən çox vergi ödəyicisi”, “Ən yaxşı yanacaqdoldurma stansiyaları və infrstrukturu olan şirkət”, “Ən böyük işəgötürən” nominasiyalarında milli biznes mükafatına layiq görülmüşdür. “SOCAR Georgia Gas” şirkəti “Ən yaxşı inkişaf strategiyası”, “Ən yaxşı xidmət”, “Ən innovativ şirkət” nominasiyalarında qalib gəlmişdir.
Qara dəniz sahilində yerləşən SOCAR-a məxsus Kulevi terminalı – “Black Sea Terminal” MMC isə “İlin investoru” elan olunmuşdur.
“SOCAR Georgia Petroleum” şirkəti səs çoxluğu ilə müsabiqənin Qran-prisini də qazanmışdır.
Mərasimdə parlament üzvləri, hökumət nümayəndələri, iri biznesmenlər, ziyalılar, diplomatlar, yerli və xarici jurnalistlər iştirak etmişlər.