logo

SOCAR-da Statoil şirkətinin İnsan resursları üzrə rəhbərləri ilə müzakirə aparılmışdır

Views: 25

socar_statoilNoyabrın 3-də SOCAR-ın Baş ofisində şirkətin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Statoil şirkətinin Beynəlxalq layihələr portfoliosu üzrə İR vitse-prezidenti, xanım Beate Hamre Deck, Beynəlxalq əməliyyatlar üzrə İR meneceri Andre Steinsett Mathiesen və Statoil-un Azərbaycan ofisinin İnsan Resursları, maliyyə və biznesə dəstək meneceri Emin Xəlilovla görüşmüşdür.

Xalik Məmmədov bildirmişdir ki, şirkətlər arasında İnsan Resurslarının idarə edilməsi prosesinə dair fikir mübadiləsi xüsusi əhəmiyyət daşıyır və fəaliyyətin effektivliyinə mühüm töhfə verə bilər. SOCAR-da həyata keçirilən İnsan Resursları funksiyalarının transformasiya layihəsi haqqında ətraflı məlumat verən şirkətin vitse-prezidenti son illərdə bu istiqamətdə bir neçə layihənin uğurla reallaşdırıldığını qeyd etmiş və SOCAR-ın İRİE fəaliyyətinin qurulmasında sosial məsuliyyətin vacib amil olmasını diqqətə çatdırmışdır.

Daha sonra Statoil şirkətinin Beynəlxalq layihələr portfoliosu üzrə İR vitse-prezidenti, xanım Beate Hamre Deck görüşün ikitərəfli əməkdaşlıqda mühüm rol oynayacağına əminliyini ifadə etmiş və təmsil etdiyi şirkətin İR strukuru və funksiyaları barədə geniş məlumat vermişdir. Həmçinin Statoil-un Beynəlxalq əməliyyatlar üzrə İR meneceri Andre Steinsett Mathiesen İR funksiyalarının icrasında qarşılaşdıqları problemlərdən söz açmışdır.

Qonaqlar SOCAR mütəxəssislərinin İR prosesləri ilə bağlı suallarını geniş və ətraflı şəkildə cavablandırmış və suallar ətrafında maraqlı müzakirələr aparılmışdır. Məlum olmuşdur ki, İRİE sisteminin qurulması dünyanın bütün iri neft şirkətlərində hər zaman çətinliklər doğurur və dəyişikliklərin tətbiqi güclü müqavimətlə qarşılanır. Statoil şirkəti də mövcud bazar reallıqlarını nəzərə alaraq hazırda İR transformasiya proqramını tətbiq etmək ərəfəsindədir.

Görüşün sonunda qarşılıqlı korporativ simvolik hədiyyələr təqdim olunmuş və xatirə şəkli çəkdirilmişdir.

www.socar.az

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart