2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda neft hasilatı 38,4 mln. ton təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin saytında məlumat verilir.
Xəbər verildiyi kimi, 2013-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda neft hasilatı 39,5 mln. ton təşkil edib. Beləliklə, 2014-cü ilin 11 ayı ərzində respublikada neft hasilatı 2,8% azalıb.
Statistik məlumatlara əsasən, 2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda əmtəə qazının hasilatı 17 mlrd. kubmetr təşkil edib (2013-cü ilin 11 ayı ilə müqayisədə artım 4,9%).
Xəbər verildiyi kimi, 2013-cü ildə neft hasilatı 43,154 mln. ton, əmtəə qazı hasilatı 17,9 mlrd. kubmetr təşkil edib.
Hökumətin proqnozlarına əsasən, 2014-cü ildə Azərbaycanda neftin ümumi hasilatı 41 mln. 653,5 min ton, qaz hasilatı (əmtəə qazı daxil olmaqla) 28,42 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır.