Şirkətin qiymətli kağızlarınını əsas alıcıları Avropadakı investorlar olub, deyə “Gazprombank”ın vitse-prezidenti Denis Şulakov jurnalistlərə bildirib.
Caspian Barrel London birjasının yaydığı məlumata istinadən qeyd edir ki, “Gazprom” ümumi dəyəri €1 mlrd olan istiqrazlar yerləşdirib ki, bunun da illik gəlirliyi 3,125 faiz qiymətləndirilib.
Qiymətli kağızların yerləşdirilməsi üzrə agentlər qismində Bank of China Limited London Branch, J.P. Morgan Securities plc, Unicredit Bank AG və Bank GPB International S.A. çıxış ediblər.
Alıcılar qismində 130 investor çıxış edib ki, bunun da böyük əksəriyyəti Britaniyalı sərmayəçilər olub.
Daha sonra qeyd olunur ki, qiymətli kağızların yerləşdirilməsindən əldə edilən vəsait şirkətin korporativ kreditlərinin ödənilməsinə sərf ediləcək.