logo

BP 2011-ci ildən sonra ilk dəfə AÇG-də hasilat artımına nail ola bildi

Views: 14
AÇG-də hasilat tempi ilin əvvəlindən 0,62 faiz artıb

human-bpCari ilin doqquz ay ərzində Azəri-Çıraq-Günəşli (AÇG) layihəsi çərçivəsində hasilat orta hesabla gündəlik 644 min barel və ya ümumilikdə 176,45 milyon barel, yəni 23,8 milyon ton təşkil edib.

Caspian Barrel “BP-Azərbaijan” şirkətinin bu gün ictimaiyyət üçün açıqladığı rüblük hesabata əsasən məlumat verir.

Qeyd edək ki, 2015-ci ilin yanvar-sentyabr aylarında AÇG-dən gündəlik orta hesabla 640 min barel və ya ümumilikdə 174,72 milyon barel, yəni 23,6 milyon ton neft hasil edilmişdi.

Beləliklə, 2016-cı ilin 9 ayınının yekunlarına əsasən, AÇG-dən neft hasilatı gündəlik olaraq 4 min barel və ya ümumilikdə 1,73 milyon barel (233,8 min ton) artıb. Bu isə hasilatın tempinin 0,62  faiz artımı deməkdir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart