logo

Azərbaycandakı neft yatağından Kanada şirkəti də ilk gəlirini götürdü

Views: 28

Kanadanın “Zenith Energy Ltd” şirkəti Azərbaycanın qurudakı “Muradxanlı-Zərdab-Cəfərli” neft yatağından hasil olunan neftin satışından ilk gəlirlərini əldə edib.

price_oilTrend-in şirkətin saytına istinadən verdiyi məlumata görə, yanvar-sentyabr aylarında çıxarılmış neft satılıb. Sutkada 300 barrel neftin hasil olunması ilə aylıq ödənişlər 360 min dollar təşkil edib.

Məlumatda qeyd olunur ki, bu yataqdan çıxarılan neft SOCAR boru kəmərləri sistemi, daha sonra Bakı-Novorossiysk boru kəməri vasitəsilə Novorossiyskə çatdırılır. Alternativ olaraq bu neft Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Aralıq dənizinə çatdırıla bilər.

Azərbaycan Dövlət Neft Şirkəti ilə “Zenith Aran Oil Company” arasında Muradxanlı, Zərdab, Cəfərli yataqlarının istismarı barədə müqavilə bu ilin martında imzalanıb.

Trend

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart