Azərbaycan 2016-cı ilin yanvar-sentyabr aylarında 5 mlrd. 783,8 mln. kubmetr təbii qaz ixrac edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 0,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövründə Azərbaycandan ixrac olunan qazın ümumi dəyəri $960 mln. 502,9 min (azalma 25,4%) təşkil edib”, – deyə hökumətdən qeyd ediblər.
Hökumətin məlumatına görə, hesabat dövründə sadələşdirilmiş gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş $718 mln. 426,5 min dəyərində 4 mlrd. 657,7 mln. kubmetr qaz ixrac edilib.
Ötən il 8 mlrd. 405 mln. 244,65 min kubmetr qaz ixrac olunub.
Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qaz Rusiya, İran və Gürcüstana, eləcə də “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir.