2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft hasilatı (qaz kondensatı da daxil olmaqla) 34 mln. 718,5 min ton təşkil edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 0,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-oktyabr aylarında 34 mln. 676 min ton əmtəə nefti (azalma 0,8%) hasil olunub.
Bu dövrdə 24 mlrd. 609,9 mln. kubmetr qaz (artım 0,6%) hasil olunub. Bununla yanaşı, yanvar-oktyabr aylarında əmtəə qazının hasilat həcmi 15 mlrd. 490,7 mln. kubmetr (azalma 5%) təşkil edib.
2015-ci ildə Azərbaycanda qaz kondensatı da daxil olmaqla, neft hasilatı 41 mln. 689 min ton, qaz hasilatı 29 mlrd. 742,4 mln.kubmetr təşkil edib.
Hökumətin proqnozlarına əsasən, 2016-cı ildə Azərbaycanda neft hasilatı 40 mln. 744,9 min ton, qaz hasilatı 29 mlrd. 345 mln. kubmetr təşkil edəcək.