logo

Yanvar-avqust aylarında Azərbaycan qaz ixracını cüzi azaldıb

Views: 33

gaz_sAzərbaycan 2016-cı ilin yanvar-avqust aylarında 5 mlrd. 215,6 mln. kubmetr təbii qaz ixrac edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 0,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.

Hesabat dövründə Azərbaycandan ixrac olunan qazın ümumi dəyəri $874 mln. 593,3 min (azalma 25,9%) təşkil edib.

Hökumətin məlumatına görə, hesabat dövründə sadələşdirilmiş gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş $632 mln. 993,9 min dəyərində 4 mlrd. 79,8 mln. kubmetr qaz ixrac edilib.

Ötən il 8 mlrd. 405 mln. 244,65 min kubmetr qaz ixrac olunub.

Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qaz Rusiya, İran və Gürcüstana, eləcə də “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir.

Interfax

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart