logo

SOCAR Türkiyədə yeni terminal almağa hazırlaşır

Views: 60

petrolTürkiyənin “OMV Petrol Ofisi A.S. şirkəti (Avstriyanın “OMV AG” şirkətinə məxsusdur) İzmirin Əliağa rayonundakı neft terminalının SOCAR-ın başçılıq etdiyi beynəlxalq investorlar qrupuna satılmasına razılıq verib. Bu barədə “OMV Petrol Ofisi A.S.” şirkətinin məlumatında deyilir.

«Müəyyən şərtlərə əməl olunması, eləcə də Türkiyənin antiinhisar orqanlarının razılığı nəzərə alınmaqla, sövdələşmənin 2016-cı ilin sonunadək bağlanması gözlənilir», – deyə məlumatda bildirilir.

“OMV Petrol Ofisi A.S.” qeyd edir ki, terminalın satışı “şirkətin terminal şəbəkəsi və təchizat zəncirinin səmərəliliyinin tədricən artırılması strategiyasına” uyğundur.

«Bu, eyni zamanda SOCAR-ın inşa etdiyi STAR neft emalı zavodu ilə geniş əməkdaşlıq imkanları açır», – deyə məlumatda bildirilir.

Əliağadakı terminal təxminən 200 min kubmetr yanacaq və 45 min kubmetr mayeləşdirilmiş təbii qaz (LPG) saxlamaq tutumuna malikdir.

SOCAR “OMV Petrol Ofisi A.S.” terminalı yaxınlığında STAR NEZ inşa edir və zavodun 2018-ci ildə istismara verilməsi nəzərdə tutulur.

““OMV Petrol Ofisi A.S.”terminalın imkanlarından uzunmüddətli müqavilə əsasında istifadə etməkdə davam edəcək», – deyə məlumatda qeyd olunur.

Terminalın satılması “OMV Petrol Ofisi A.S.” şirkətinin satılması prosesinə heç bir təsir göstərməyəcək: “Satış prosesi plan üzrə gedir”, – deyə şirkətdən vurğulanıb.*

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart