SOCAR “Neft Daşları” yatağında yeni quyu istismara verib. Bu barədə şirkətin məlumatında deyilir.
2687 nömrəli quyu 1954A nömrəli dəniz özülündən qazılıb.
“Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılan quyu sutkalıq 10 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir.
Interfax