logo

SOCAR ilə “ASAN xidmət” və “ABAD xidmət” arasında sənədlər imzalanıb

Views: 51

abadOktyabrın 21-də SOCAR ilə “ABAD xidmət” arasında qarşılıqlı əməkdaşlığa xidmət edəcək Anlaşma Memorandumu və “ASAN xidmət”lə təlim-tədris məsələləri, könüllü fəaliyyəti, ətraf mühitin qorunması və təhlükəsizlik, informasiya texnologiyaları, müasir innovativ texnologiyaların tətbiqi, sosial məsuliyyət və digər sahələrdə birgə Əməkdaşlıq Sazişi imzalanıb.

AZƏRTAC xəbər verir ki, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri İnam Kərimov, SOCAR və “ASAN xidmət” rəhbərliyinin nümayəndələri iştirak ediblər.

SOCAR-ın prezidenti R.Abdullayev indiyədək ölkənin neft-qaz sektoruna 68,2 milyard ABŞ dolları həcmində sərmayə yatırıldığını deyib. Bildirib ki, SOCAR-ın dövriyyə kapitalı 2007-ci ildən bəri 2 dəfəyə yaxın artıb, aktivlərinin ümumi dəyəri 9 milyard manatdan təqribən 40 milyard manata çatıb.

Qeyd edib ki, son 7 ildə faiz, vergi və amartizasiyadan əvvəl şirkətin hesablanan illik gəliri 2 dəfə yüksəlib. Ölkənin sosial-iqtisadi yüksəlişində, əhalinin rifah halının yaxşılaşmasında mühüm rol oynayan Dövlət Neft Şirkəti ilə “ASAN xidmət” mərkəzləri arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edən SOCAR-ın prezidenti 20 sentyabr–10 oktyabr tarixləri aralığında ölkə ərazisində satışa çıxarılmış SOCAR istiqrazları layihəsinin böyük uğurla nəticələnməsində “ASAN xidmət”in və onun əməksevər kollektivinin mühüm dəstəyindən danışıb.

SOCAR-ın prezidenti qeyd edib ki, “ABAD” mərkəzləri Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələr həyata keçirəcək, ölkəmizin sosial-iqtisadi inkişafına mühüm dəyər qatacaq. SOCAR və “ASAN xidmət” arasında Əməkdaşlıq Sazişinin əhəmiyyətindən danışan R.Abdullayev deyib ki, bu, məhsuldar birgə fəaliyyəti təmin edərək yeni layihələrin icrasına, ümumilikdə isə ölkənin sosial-iqtisadi inkişafının daha da möhkəmlənməsinə xidmət edəcək. Əməkdaşlıq Sazişi başda kadr, təlim-tədris məsələləri olmaqla, bütün uyğun sahələrdə sıx və effektiv işbirliyini nəzərdə tutur.

R.Abdullayev bildirib ki, “ASAN xidmət” olduqca gənc bir qurum olmasına baxmayaraq, göstərdiyi professional, çoxşaxəli və şəffaf xidmətlərlə bu gün dövlətimizin və vətəndaşlarımızın nəzərində haqlı olaraq böyük etibar və təqdir qazanmış mühüm qurumlardan birinə çevrilib.

Sonra SOCAR ilə “ABAD xidmət” arasında Anlaşma Memorandumu və “ASAN xidmət” arasında Əməkdaşlıq Sazişi Rövnəq Abdullayev və İnam Kərimov tərəfindən imzalanıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart