Rusiya

Neft hasilatı ilə bağlı yeni görüşlər keçiriləcək – Novak

novakTürkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Energetika Forumunda Neft İxrac Edən Ölkələr (OPEC) Təşkilatına üzv olan və olmayan neft hasilatçısı ölkələrinin görüşü keçirilib.

“Bloomberg” agentliyinin yayadığı xəbərə görə, görüşdə neft bazarının vəziyyəti və gələcəkdə atıla biləcək addımlar müzakirə edilib.

Bu barədə açıqlama verən Rusiyanın energetika naziri Aleksandr Novak deyib ki, növbəti iclas oktyabrın 29-da keçiriləcək və həmin iclasa Rusiya da dəvət olunub.

O,  29 oktyabr sammitindən sonra da görüşlərin davam edəcəyini bildirib. Bu günkü görüşmələrdə isə o, neft hasilatının azaldılması məsələsinin müzakirə edilmədiyini bildirib.

A.Novakın açıqlamasından sonra dünya bazarında neftin qiyməti azalmağa başlayıb. “Brent” markalı neftin bareli London birjasında Bakıvaxtı ilə saat 11:58-də 0,33%  ucuzlaşaraq 51,56 dollara satılıb.