Azərbaycan prezidenti İlham Əliyevin və Venesuela prezidenti Nikolas Maduro energetika sahəsinə qarşılıqlı investisiyalar yatırılması üçün yaxşı imkanların olduğu qeyd ediblər.
Bazar ertəsi İ.Əliyevin N.Maduro ilə İstanbulda görüşü olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Dövlət başçıları ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğuladılar. Bundan başqa, İ.Əliyev və N.Maduro müxtəlif sahələrə, o cümlədən energetika sahəsinə qarşılıqlı investisiyalar yatırılması üçün yaxşı imkanların olduğu qeyd ediblər”, – deyə məlumatda deyilir.
Neft istehsalçısı və ixracatçısı olan Azərbaycanın və Venesuelanın OPEC və qeyri-OPEC dövlətləri ilə əlaqələrinin intensivləşdirilməsinin əhəmiyyəti qeyd olundu.
“Söhbət zamanı turizm sahəsində əlaqələrin genişlənməsində viza rejiminin sadələşdirilməsinin yaxşı imkan yaradacağı diqqətə çatdırıldı. Turizm, mədəniyyət, kənd təsərrüfatı, maliyyə və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı”. – deyə məlumatda vurğulanır.