logo

İlin ilk doqquz ayında Azərbaycanda 1,7 mln tondan çox dizel yanacağı istehsal olunub

Views: 96

dizelBu ilin ilk doqquz ayında Azərbaycanda 1 milyon 720,9 min ton dizel yanacağı, 831,8 min ton avtomobil benzini, 131,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 473,8 min ton ağ neft, 435,3 min ton yanacaq mazutu, 7,7 min ton sürtgü yağları, 138,5 min ton neft bitumu və 280 min ton neft koksu istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-sentyabr aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 957,1 milyon manat olmaqla 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz azalıb. Neft məhsullarından sürtgü yağlarının istehsalı 57,7 faiz, dizel yanacağının istehsalı 19,1 faiz, neft koksunun istehsalı 5,9 faiz, avtomobil benzininin istehsalı 8,3 faiz, ağ neftin istehsalı 7,5 faiz azalıb, yanacaq mazutunun və neft bitumunun istehsalı isə artıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart