Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) 2017-ci ildə akivlərini 1 milyard dollaradək artırmağı planlaşdırır.
Bunu SOFAZ-ın icraçı direktoru Şahmar Mövsümov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Caspian Barrel-in 2017-ci ilin gözləntiləri ilə bağlı sualını cavablandırarkən Mövsümov bildirib ki, gələn ilin büdcəsi proqnozlaşdırılarkən neftin orta ixrac qiyməti hər barel üçün 40 dollardan müəyyənləşdirilib. Hazırda 9 ayın nəticələrinə görə orta ixrac qiyməti təqribən 43 dollar ətrafındadır. Ancaq gələn ilin praktik qiymətlərinin bu ilkindən baha olması proqnoz edilir. Bundan əlavə Azərbaycanın mənfəət neftinin həcmlərində də azalma bir o qədər olmayacaq.
Onun sözlərinə görə, 2016-cı ilin yekunları üzrə SOFAZ-ın aktivləri 34 milyard dollar səviyyəsində proqnozlaşdırılır.
Xatırladaq ki, 2016-cı ilin əvvəlində Neft Fondu aktivləri 33,574 milyard dollar idi.