Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 15 milyard 29,6 milyon kubmetr təbii qaz nəql olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bunun 5 milyard 251,6 milyon kubmetri (34,9 faiz) Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə nəql edilib.