Qazaxıstan

Bakı Qazaxıstan neftinin tranziti üzrə əməkdaşlığı genişləndirməyi planlaşdırır

Bakı və Astana Qazaxıstan nefti və neft məhsullarının dünya və Avropa bazarlarına ixracı marşrutlarının şaxələndirilçəsi məsələsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər. Bu barədə energetika naziri Natiq Əliyevin rəsmi mətbuatda nəşr olunan məqaləsində qeyd edilir.

qazaxstan“Bu razılıq 22 sentyabr tarixində Astanada keçirilən Azərbaycan-Qazaxıstan Hpkumətərarası Komissiyanın 13-cü iclasının yekunlarına dair protokolda öz əksini tapıb”, – deyə nazir bildirib.

O qeyd edib ki, 2008-ci ildən etibarən “Tengiz” yatağından neft Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə dünya bazarlarına ixrac edilir.

“Bundan başqa, “Kaşaqan” yatağının işlənməsi layihəsində, həmçinin BTC-nin səhmdarları da iştirak edir. BTC layihəsinin səhmdarı kimi bu kəmərdə 15%-lik iştirak payına malik olan dörd şirkət Qazaxıstanın “Kaşaqan” yatağında da fəaliyyət göstərir. Həmin şirkətlər boru kəməri ilə sutkada təqribən 150 min barel neft nəql edə biləcək.Qazaxıstanın ixracla bağlı BTC istisna olmaqla, hazırda müstəqil, etibarlı və təhlükəsiz transmillli marşrut qarantiyası yoxdur”, – deyə nazir məlumat verib.

N.Əliyevin fikrincə, Tengiz-Novorossiysk, Atırau-Samara, Atasu-Alışankou neft kəmərləri və Xəzər BoruKəmər Konsorsiumu kimi ixrac dəhlizlərinin imkanları isə gələcəkdə xeyli dərəcədə artması proqnozlaşdıran ixrac potensialını qarşılamaq üçün kifayət deyil. Bu marşrutların buraxılış qabiliyyəti və çatdırılacaq təchizat həcmlərini nəzərə alaraq, rəsmi Astana əsas diqqətini Qazaxıstan-Xəzər nəqletmə sistemi üzərində cəmləyib”, – deyə o vurğulayıb.

Nazir qeyd edir ki, bu nəqliyyat sisteminə əsasən, Eskene-Kırık-Bakı neft kəmərinin inşası planlaşdırılır. Eskene-Kırık neft kəmərinin texniki-iqtisadi əsaslandırılması “Tengiz” yatağında qabaqcıl neftvurmastansiyası, Tengiz-Opornıy-Aktau magistral neft kəməri, Kırık neft terminalı və yeni limanın tikintisi, həmçinin Aktau limanının yenidən qurulması və genişləndirilməsini nəzərdə tutur.

“Bu kəmərin inşası Qazaxıstana öz neftini həm Gürcüstana, həm də Türkiyə limanlarına ixrac etmək imkanı verə bilər. Yeni kəmərin illik ixrac gücünün ilkin mərhələdə 23-25 mln. ton, gələcəkdə isə 56 mln. tona çatdırılması nəzərdə tutulub”, – deyə N.Əliyev bildirib.

Bununla yanaşı, nazir bu layihənin reallaşdırılması ilə bağlı tarix və gələcək tədbirlər barədə məlumat verməyib.

http://interfax.az/