logo

Azərbaycanın Belarusa göndərdiyi neftin sorağı gəldi

Views: 29
Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan dövlət başçısını qəbul etməyə hazırlaşdığını bəyan edib

lukaBelarus prezidenti Aleksandr Lukaşenko 28-29 noyabr tarixlərində Azərbaycan prezidenti İlham Əliyev ilə görüşməyi planlaşdırır.

Rusiyanın “İnterfaks” agentliyinin yaydığı xəbərə əsasən, bu barədə Belarus dövlət başçısının mətbuat xidmətindən bildirilib.

“Mən dostumla 28-29 noyabr tarixlərində görüşmək barədə razılığa gəlmişəm. Heç nəyi dəyişmirik, heç nəyi təxirə salmırıq”, – bu barədə Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov ilə Minskdə görüş zamanı Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Onun sözlərinə görə, bugünkü görüş yüksək səviyyədə baş tutacaq görüşün müvafiq mərhələsidir.

“Ciddi şəkildə müzakirə etdiyimiz bir sıra məsələlər var”, – dövlət başçısı bildirib.

Caspian Barrel xatırladır ki, oktyabrın 19-da Odessa limanında bortunda 630 min barel (87 min ton) olan Azərbaycan nefti olan tanker lövbər salmışdı. Neft Odessa limanından Belarusun Mozır neftayırma zavoduna göndərilmək üçün nəzərdə tutulmuşdu. Neftin sahibi SOCAR Trading şirkəti idi. Buraya isə tanker Supsa limanında gəlmişdi. Supsadan daşınan neft isə Azərbaycanın “Çıraq” yatağında hasil edilir. 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart