logo

Diqqət: sabah Masallıda qaz məhdud veriləcək

Views: 67

azeriqazzzAvqustun 17-də saat 12:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Keşlə” və Astara magistral qaz kəmərləri sahəsinin “Tüklə” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

“Report” SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Masallı rayonunun Tüklə, Zövlə, Boradigah və Bəndəlan kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xətai rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart