logo

Azərbaycanda neft və qaz hasilatı artıb

Views: 48

qara_neftBu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 24 700,4 min ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub. Bu isə illik müqayisədə 0,7% çoxdur.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2016-cı ilin ötən dövründə əmtəəlik neft hasilatı 24 670,1 min ton (0,7% çox) təşkil edib.

İlin 7 ayı ərzində 17 460,8 mln. kubmetr təbii qaz hasil olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9% artıqdır. Hesabat dövründə hasil olunan təbii qazın 11 015,4 mln. kubmetri əmtəəlik qazın payına düşüb. Əmtəəlik qaz hasilatı ötən ilin müvafiq dövründən 8% az olub.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart