logo

SOCAR bu il büdcəyə 662 mln. manat vəsait ödəyib

Views: 29

pul3Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bu ilin iyun ayında dövlət büdcəsinə 98,961 mln. manat vəsait ödənilib.

SOCAR-ın mətbuat xidməti bildirir ki, ümumiyyətlə, cari ilin yanvar-iyun aylarında büdcəyə 661,742 mln. manat vəsait ödənilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcə köçürmələri 9% azalıb.

Bundan əlavə, bu ilin iyun ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12,173 mln. manat vəsait köçürüb. Bu göstərici ötən ilin iyun ayı ilə müqayisədə 231 min manat və ya 1,9 faiz çox olub. Ümumiyyətlə, ilin yanvar-iyun aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 69,532 mln. manat təşkil edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart