logo

4 rayonda qaz fasilələrlə veriləcək – “Azəriqaz”

Views: 45

gas_line_repair_301115Sabah Abşeron və Astara magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

SOCAR-ın mətbuat xidməti bəyan edir ki, iyulun 12-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Hərbi-hissə (Xaşa-xuna)” və “Zeytun”, Astara magistral qaz kəmərləri sahəsinin “Alvadı”, “Ovçubərə”, “Göytəpə”, “Cəlilabad”, “Günəşli” və “Biləsuvar” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir işlərinin Bakı şəhəri Xəzər rayonunun Xaşa-Xuna, Zeytun və Şüvəlan qəsəbələrinin, o cümlədən, Biləsuvar, Cəlilabad və Masallı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart