Yunanıstan Ətraf Mühit və Energetika Nazirliyibu ölkədə Trans-Adriatik Boru Kəməri (TAP) üçün Quraşdırma İcazəsi verildiyini elan edib.
TAP Konsorsiumu xəbər verir ki, 2016-cı ilin yanvar ayında verilən Quraşdırma Aktı ilə birlikdə, yeni icazə verilən Quraşdırma İcazəsi Yunanıstanda boru kəmərinin tikintisi fəaliyyətinin qrafik üzrə icrasına imkan verir.
TAP-ın icraçı direktoru Yan Bredşou (Ian Bradshaw) bildirib ki, Yunanıstan hökuməti və səlahiyyətli orqanlarla bütün səviyyələrdə nümunəvi əməkdaşlıqdan faydalanaraq layihənin icrası gözlənildiyi kimi inkişaf edir: “Məmnuniyyətlə qeyd edim ki, Yunanıstan üçün boru qrupları Saloniki və Kavalaya çatdırılmağa davam etdirilir”.