Gürcüstan Rusiyadan əvvəllər olduğu qədər asılı deyil”.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə cümə axşamı ölkənin baş naziri Georgi Kvirikaşvili Tbilisidə keçirilən beynəlxalq enerji forumunda bildirib.
” “Qazprom”la bizim texniki xarakterli danışıqlarımız olub, bu da müqavilə ilə başa çatıb. Biz Rusiyadan keçmişdə olduğu qədər güclü şəkildə asılı deyilik”, – deyə Kvirikaşvili qeyd edib.
Baş nazir bildirib ki, Gürcüstan yekunda Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ilə daha sərfəli şərtlərlə qaz müqaviləsi imzaladı.