Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2016-cı ilin aprel ayında dövlət büdcəsinə 119 milyon 845 min manat (2015-ci ilin aprelində 132 milyon 503 min manat) vəsait ödənilmişdir.
SOCAR-ın mətbuat xidmətinin yaydığı məlumata görə, cari ilin yanvar-aprel aylarında büdcəyə 444 milyon 975 min manat vəsait ödənilmişdir.
Caspian Barrel bildirir ki, ötən ilin 4 ayı ilə müqayisədə SOCAR-ın büdcəyə ödənişləri 472 milyon 946 min manat vəsait ödənilmişdir.
Büdcəyə köçürmələrin azalması aşağıdakı faktorlardan qaynaqlanır: dünya bazarında neft və neft məhsullarının qiymətlərinin orta hesabla yanvar-aprel aylarında 30%-dən artıq aşağı düşməsi, xam neftin Ceyhan limanından yüklənməsinin 3,1% azalması, baxmayaraq ki, neft məhsullarının ixrac həcmləri 5,1% artıb.
Bundan əlavə, bu ilin aprel ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 13 milyon 138 min manat vəsait köçürmüşdür. Qeyd edək ki, bu göstərici ötən ilin aprel ayı ilə müqayisədə 1 milyon 230 min manat və ya 110,3 faiz çox olmuşdur. Ümumiyyətlə, 2016-cı ilin yanvar-aprel aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 45 milyon 108 min manat təşkil etmişdir.