logo

Şell şirkətinin xalis mənfəəti I rübdə 9,9 dəfə azalıb

Views: 38

shell2Aşağı neft qiymətləri səbəbindən 2016-cı ilin ilin I rübündə Şell şirkətinin xalis mənfəəti 9,9 dəfə azalıb və 455 milyon dollar təşkil edib.

Səhm üzrə mənfəət bir il əvvəlki  0.69 dollara qarşı 0.07 dollar olub. Şirkətin gəliri 26.1% azalaraq 48,554 milyard təşkil edib.

Hesabat dövründə geoloji kəşfiyyat və hasilat bölməsində (upstream) Şell şirkətinin zərəri  2015-ci ildəki 1.4 milyard dollar gəlirə qarşı 1.35 milyard dollar olub. Hasilat 11.1% artaraq gündə 2.828 milyon barel təşkil edib. Emal və satış bölməsində (downstream) gəlir 32% azalıb – 1.7 milyard dollara qədər. Neft məhsulları satışı gündə 5.225 milyon barel təşkil edib ki,bu da bir il əvvəlki göstəricidən 1% azdır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart