ExxonMobil birinci rübdə xalis mənfəəti 2.7 dəfə azaldıb – $ 1,81 milyarda qədər. Keçən ilin analoji dövründə bu göstərici $4,94 milyard idi.
2016-cı ilin birinci rübündə şirkətin gəliri 27.9% azalıb – keçən ilin analoji dövrü ilə müqayisədə $48,7 milyarda qədər.
Hesabat dövründə şirkətin kapital xərcləri $5,1 milyard təşkil edib ki,bu da 2015-ci ilin göstəricisndən 33% azdır.
Karbohidrogenlər hasilatı 2015-ci ilin birinci rübü ilə müqayisədə 1.8% artıb.