Xəzər boru kəmər konsorsiumu terminalı (CPC) vasitəsilə neft ixracı həcmi 2016-cı ilin aprelində keçən ilin eyni dövrü ilə müqayisədə 10% azalıb – 3,137 milyon ton. Bu barədə konsorsiumun materiallarında bildirilir.
Bir il əvvəl, CPC terminalı ilə neft ixracı 3,496 milyon ton təşkil etmişdi.
2016-cı ilin yanvar-aprelində CPC ilə neft ixracı 15,069 milyon tona çatıb ki,bu da keçən ilin analoji dövrünün göstəricisindən 4% çoxdur.
CPC – Qərbi Qazaxıstandakı neft yataqlarını Novorossisk limanı ilə birləşdirən boru kəmər sistemidir.
CPC səhmdarları aşağıdakı şirkətlərdir – “Transneft” – 24%,”CPC Company” – 7%,”Kazmunaygaz” – 19%,Kazakhstan Pipeline Ventures LLC — 1,75%, Chevron Caspian Pipeline Consortium Company — 15%, LUKARCO B.V. — 12,5%, Mobil Caspian Pipeline Company — 7,5%, Rosneft-Shell Caspian Ventures Limited — 7,5%, BG Overseas Holding Limited — 2%, Eni International N.A. N.V. — 2% и Oryx Caspian Pipeline LLC — 1,75%.