Azərbaycan, Materiallar

AÇG blokundan indiyədək 398 mln. ton neft hasil olunub

acg_productionXəzərin Azərbaycan sektorunda yerləşən “Azəri, Çıraq və Dərinsulu Günəşli” yataqlar blokundan indiyədək 398 mln. ton neft hasil olunub. “Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Alimlər Evində keçirilən görüşdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

O qeyd edib ki, bu həcmin 220 mln. tonu (55%-i) Azərbaycanın mənfəət neftinin payına düşüb.