logo

Sosializmin necə ili bahalı neft dövrünə düşüb?

Views: 54

Bir anlığa təsəvvürünüzə gətirin: Rusiyada təhkimçilik hüququ ləvğ ediləndən sonrakı dövrdə, 1863-1864-cü illərdə neft neçəyə idi? Bəs 1920-1973-cü illərdə?

originalSonra isə sadəcə fikirləşin ki, yenicə enerji bazarına daxil olan bu xammalın qiymətləri on doqquzuncu əsrin ortalarından necə dəyişib? Həqiqətən maraqlı sualdır! Ancaq bunu daha da maraqlı edən onun nominal qiyməti deyil, alıcılıq qiymətinə görə dəyişməsidir.

Məsələn, 1863-1864-cü illərdə neftin bir barelinin qiyməti 5 dolları ötə bildi. 2008-cü ildəki dolların alıcılıq qiyməti ilə onun dəyəri 115 dollardan da baha idi. İndi bir anlığa təsəvvür edirsinizmi o zaman üçün bazarda hələ özünə yer tapmamış bir xammal birdən-birə belə bir qiymətə təklif edilir !

oil-prices-1861-2007

Təbii ki, bu qısa bir müddət üçün olub və sonra neftin kəskin ucuzlaşması baş verib. Ümumiyyətlə, neft nominal qiymətində bir daha bu qiymətə çatması təqribən 110 il sonraya təsadüf edir. Ancaq bu zaman onun alıcılıq qabiliyyəti həddən artıq aşağı qiymətdə idi. Beləcə dünya neft tarixində qiymətlərdə 73-cü ilin sonlarına yaxın növbəti artım periodu gəlir ki, bu da 1981-ci ilə qədər davam edir: 42 dollar nominal qiymətində 98 dolar alıcılıq qabilliyyəti nümayiş etdirir. Sonra isə kəskin enmələr periodudur, baxmayaraq ki, Dünyada sosializm epoxası başa çatanda müəyyən kiçik qalxmalar baş vermişdi.

İlham Şaban

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart