Aprelin 25-də SOCAR-ın Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəzarət Departamentində çilingər işləyən Muradov Ələddin Paşa oğlu Zığ-2 istehsalat sahəsində “Senebogen” markalı qaldırıcı kranı demontaj edərkən sığortalayıcı tədbirləri həyata keçirmədən seksiyaları birləşdirən barmaqları çıxarmış və bu zaman açılan seksiya onun baş nahiyəsinə düşərək xəsarət yetirmişdir.O, aldığı xəsarətdən dünyasını dəyişmişdir.
Bu haqda SOCAR-ın mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, hadisənin baş vermə səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır.