Qazaxıstan

Qazaxıstan və ABŞ energetika nazirləri “Kaşağan” layihəsini müzakirə ediblər

gazax-us

Ötən həftə Qazaxıstanın energetika naziri K.Bozumbayev Astanada amerikalı həmkarı  E.Monizom ilə görüşüb. Görüşdə “təmiz” energetika, nüvə təhlükəsizliyi, və Kaşağan layihəsi  müzakirə edilib.

Bozumbayev bildirib ki,”Kaşağan” layihəsi üzrə işlər qrafikə uyğun aparılır və neft hasilatının bərpa edilməsi 2016-cı ilin dekabrına planlaşdırılır.

Bozumbayev həmçinin əlavə edib ki,gələn həftə Kaşağanı şəxsən yoxlamaq niyyətindədir.

Bundan əlavə Bozumbayev bildirib ki, ABŞ neft şirkətləri Qazaxıstanın böyük neft layihələrində : “Kaşağan”,”Karaçaqanak” və “Tengiz” layihələrində iştirak edirlər.