Qazaxıstanın “KazMunayGaz Kəşfiyyat Hasilat” şirkətinin direktorlar şurası Brent markalı neftin qiymətinin illik proqnozuna əsaslanaraq 2016-cı il üçün büdcəsinə dəyişiklik edib. Dəyişikliyə əsasən neftin bir barelinin orta qiyməti $30 hesablanıb.
Bundan əlavə şirkətin İPO-dan bəri ilk dəfə olaraq direktorlar şurası adi səhmlər üzrə dividendlər ödəilməməsini tövsiyyə edib. İmtiyazlı səhmlər üzrə isə minimal məbləğ ödəniləcək – səhm üzrə 25 tenqe. Bu qərar səhmdarların 2016-cı il 24 may tarixindəki iclasında təsdiq edilməlidir.
“KazMunayGaz Kəşfiyyat Hasilat” şirkəti 2004-cü ilin martında “Uzenmunaygas” ASC və “Embamunaygaz” ASC birləşməsi nəticəsində yaranıb. “KazMunayGaz KH” şirkəti “KazMunayGaz Milli Şirkətinin” törəmə müəssəsidir. Şirkət Qərbi Qazaxıstanda 42 yatağı istsimar edir.