Amerikanın JP Morgan bankının proqnozuna görə, İran 2016-cı ilin ortalarına gündəlik neft hasilatını 3.5 milyon barelə qədər artıracaq.
İkinci rübdə analitiklər ölkədə neft hasilatını birinci rübdəki 3.1 milyon barelə qarşı gündə 3.3 milyon barel səviyyəsində gözləyir.
Cari ilin nəticələrinə görə,İranda orta günlük neft hasilatı 3.3 milyon barel təşkil edəcək.
JP Morgan bankının analitikləri hesab edirlər ki,2017-ci ildə İranda gündəlik neft hasilatı 3.5 milyon barel səviyyəsində olacaq.
OPEK-in aylıq hesabatına görə,İranda neft hasilatı fevralda 187.8 min barel artaraq 3.123 milyon barel təşkil edib ki,bu da region üçün record göstəricidir.
JP Morgan analitikləri hesab edirlər ki,gündə əlavə 0.5 milyon barel İran nefti 2016-cı ilin ikinci yarısında bazarda həddindən artıq bolluğa səbəb olacaq.