logo

I rübdə SOCAR 220 min tonadək dizel yanacağı ixrac edib

Views: 262

dizelSOCAR-ın marketinq və iqtisadi əməliyyatlar idarəsi bu ilin martında 93 min 489 ton dizel yanacağı, 8 min 969 ton təyyarə yanacağı, 9 min 364 ton yüksək təzyiqli polietilen, 857 ton mütləqləşdirilmiş izopropil spirti, 5 min 981 ton maye piroliz qətranı, 6 min 187 ton propilen və 664 ton butilen butadien fraksiyası ixrac edib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvar-mart aylarında 219 min 412 ton dizel yanacağı, 74 min 722 ton təyyarə yanacağı, 118 ton soba mazutu, 24 min 768 yüksək təzyiqli polietilen, 2 min 346 ton mütləqləşdirilmiş izopropil spirti, 15 min 84 ton maye piroliz qətranı, 12 min 211 ton propilen və 1342 ton butilen butadien fraksiyası ixrac olunub.

Martda dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) – 430,55 dollar, təyyarə yanacağının – 363,13 dollar, dizel yanacağının – 335,60 dollar, 1 faiz kükürdlü mazutun qiyməti 162,10 dollar, yüksək təzyiqli polietilen 1141,25 dollar, butilen butadien fraksiyası 376,03 dollar, propilen 560 avro, mütləqləşdirilmiş izopropil spirti 677,50 avro təşkil edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart