Bolqarıstan və Rumıniyanın dövlət qaz sistemləri operatorları Avstriyanın tikinti firması Habau ilə iki balkan ölkəsi arasında qaz boru kəmərinin inşasının başa çatdırılması barədə müqavilə imzalayıblar. Müqavilə Bolqarıstanı Rusiya qazının idxalından olan asıllığını azaldacaq.
Bolqarıstanın energetika naziri Temenujka Petkova bildirib ki,Habau şirkəti 4 ay ərzində dənizin dibi ilə qaz boru kəmərinin iki km-lik hissəsini inşa edəcək və cari ildə kəməri istismara verəcək.
Boru kəməri ilə Bolqarıstana ildə 1.5 milyard kub metr qaz nəql ediləcək.
Rumıniyadan Bolqarıstana tədarük ediləcək qazın həcmi ildə 500 milyon kub metr olacaq.