Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmışdır.
ARDNF mətbuat xidmətindən Caspian Barrel-ə verilən məlumata görə, bu vəsaitdən 4,9 milyon ABŞ dolları məbləğində vəsait 5 banka və 30 milyon ABŞ dolları məbləğində vəsait isə Azərbaycan Respublikası Mərkəzi Bankına satılmışdır.