“Samsung Engineering” şirkətinin nümayəndəsi Noh Eyçul bildirib ki,şirkət 2018-ci ilin birinci rübündə Sumqayıtda karbamid zavodunun tikintisini başa çatdırmaq niyyətindədir.
“Hazırda layihə üzrə işlərin 66% həyata keçrilib. Eyni zamanda,təchizat işləri – 84%,tikinti işləri – 13% yerinə yetrilib. Layihə üzrə mexaniki işlər 2017-ci ilin 4-cü rübündə başa çatdırılacaq.Müəssisə 2018-ci ilin birinci rübündə istismara veriləcək”,- deyə o bildirib.
Onun sözlərinə görə, hazırda tikinti işlərində 600 nəfər işçi işləyir. Tikinti işlərinin qızğın cağında işçilərin sayı 2000 min nəfər çatacaq.
Öz növbəsində karbamid zavodunun direktoru Xəyal Cəfərov jurnalistlərə bildirib ki,müəssisə 7-8 il sonra mənfəət əldə etməyə başlayacaq.
*Karbamid zavodunun tikintisinə 2014-cü ilin 18 dekabrında başlanılıb. Zavodun tikintisi üçün 24 hektar yer ayrılıb.
Müəssisə 3 istehsal sahəsindən ibarət olacaq : ammiak,karbamid və karbamid dənələri istehsalı.Hər gün zavodda 1.2 min ton ammiak və 2 min ton karbamid istehsal ediləcək.
Layihələndirmə,alqı-satqı və zavodun inşası barədə müqavilə Samsung Engineering şirkəti ilə imzalanıb.
Layihənin dəyəri ƏDV daxil olmadan 500 milyon dollardır.