Dünya Bankının yenilənmiş proqnozlarına görə, bu ilin sonuna qədər Azərbaycanın xarici borcu ÜDM-ın 30,2%-ə çata bilər.
Qeyd edək ki, ilin əvəlinə Azərbaycan hökümətinə görə,ölkənin xarici borcu ÜDM-ın 19.8% təşkil edirdi. Keçən ilin əvvəlində bu göstərici 8% idi.
Dünya Bankının analitikləri hesab edirlər ki, ortamüddətli perspektivdə ölkənin borcu yalnız artacaq.
Onların ehtimallarına görə, 2017-ci ildə Azərbaycanın xarici borcu ÜDM-ın 35.6%, 2018-ci ildə isə ÜDM-ın 54.7% təşkil edə bilər.