Petkimdəki paydan əldə edilən gəlir SOCAR-ın Türkiyədəki digər layihələrinin maliyyələşdirilməsində istifadə ediləcəkdir.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyə şirkəti “Petkim”dəki payından 2,75 %-ni xarici investisiya fonduna satıb.
“Report” SOCAR-a istinadən xəbər verir ki, bu bir ticarət əməliyyatı olmaqla, bir neçə il bundan əvvəl daha ucuz qiymətə alınmış hissə sənədlərinin – səhmlərin satışı prosesidir. İndi həyata keçirilmiş bu satış hər bir səhm üzrə təxminən 2,5 dəfə artıq dəyərlə satılaraq ciddi bir mənfəət əldə etməyə imkan yaradıb.
Bu satışdan əldə olunan vəsaitin digər investisiya məqsədləri üçün istifadə ediləcəyi planlaşdırılır. Bu satış “Petkim”in səhmlərinin nəzarət paketinin miqdarına təsir etmir və SOCAR bundan sonra da “Petkim”i effektiv idarə etməkdə davam edəcəkdir.
Xarici investisiya fondu tərəfindən “Petkim” səhmlərinin alınması bu müəssisənin yüksək iqtisadi cəlbediciliyini göstərir.
Caspian Barrel xatırladır ki, bundan əvvəl SOCAR 2015-ci ilin avqustunda Petkimdə 7,68%-lik payını “Goldman Sachs International” (ABŞ-ın Goldman Sachs и JP Morgan bankları tərəfindən təsis edilib) şirkətinə $1.3 miyarda satmışdı. Tərəflər arasında satışla bağlı hüquqi məsələlər cari ilin fevralında tam həllini tapmışdı. Bundan sonra SOCAR-ın Petkimdəki payı 51,39%, digər iözəl iştirakçılar payları isə – 40,93% (təqribən 30% pay İstanbul birjasında açıq satışdadır) təşkil etmişdi.
Qeyd edək ki, 2015-ci ilin yekunlarına görə, Petkim kimya höldinqinin xalis mənfəəti 2014-cü illə müqayisədə 14% artaraq 639,2 milyon türk lirəsi təşkil edib. 1 yanvar 2016-cı il tarixinə Petkimin aktivləri ötən illə müqayisədə 44,2% artaraq 5,46 milyard türk lirəsinə qədər yüksəlib.